İraq İranla bank əməliyyatlarını dondurdu


Dünya 09 Avq 2018 16:09:00 268 0

İraq İranla bank əməliyyatlarını dondurdu

İraq hökuməti ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalar tətbiq etməsindən sonra İranın maliyyə institutları ilə bank köçürmələrini dayandırıb.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə İraqın "Al-Mada" elektron nəşri məlumat verib.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi İraq Mərkəz Bankına məktub göndərərək İraq tərəfini aktivləri dondurmaq və "qara siyahı"ya salmaq təhlükəsi ilə təhdid etməklə İranla bütün bank əməliyyatlarını dayandırmağa məcbur edib.