DİQQƏT! Bu şadlıq evlərinin fəaliyyəti


Digərləri 09 Avq 2018 13:38:00 216 0

DİQQƏT! Bu şadlıq evlərinin fəaliyyəti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi şadlıq sarayları və restoranlarla bağlı məlumat yayıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Bakıda xəbərdarlığa əməl etməyən şadlıq evləri ilə bağlı sərt tədbirlərə başlanılıb. 

"Tüstü evə gəlib çıxır. Kabab bişirir, tüstü qapımızın ağzındadır. Elə bil restoranda yaşayırıq".

"Məktəbə gedib-gəlirik, tüstü burnumuza dolur. Kabab yemək istəyir adam", - bu fikirlər paytaxt sakinlərinə aiddir. 

Bununla bağlı Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisi Cəlair Səmədov aşağıdakıları bildirib: "Bakı şəhərində fəaliyyət göstərən şadlıq saraylarının, restoranların ətraf ərazilərində monitorinq keçirilib. Onların tüstü bacalarından atmosferə atılan zərərli birləşmələrin yol verilən həddən çox olduğu müəyyən edilmişdir".

Maydan etibarən ictimai iaşə obyektlərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması və atmosferə atılan zərərli qazın miqdarının yol verilən hədd daxilində olması barədə xəbərdarlıq məktubu göndərilib. Yasamal rayonu ərazisində apardığımız müşahidələr isə buna əməl olumadığnı göstərir. Nazirlikdənsə bildirilir ki, xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb: 


Xəbərə aid fotolar