170 nəfər Fransa azarkeşi Kontakt Homedan hədiyyələr qazandı!


Digərləri 09 Avq 2018 12:40:00 293 0

170 nəfər Fransa azarkeşi Kontakt Homedan hədiyyələr qazandı!

Elektronika, məişət texnikası və mebel satışını həyata keçirən Kontakt Home mağazalar şəbəkəsi tərəfindən Rusiyada baş tutan 2018-ci ilin Futbol üzrə Dünya Çempionatı şərəfinə keçirilən "Qalibi tap, aldığın məhsulun dəyərini 100%-dək geri al" lotoreyasında 170 nəfər Fransa azarkeşi qalib gəldi. Bu lotoreya çərçivəsində Kontakt Home mağazalarından məhsul əldə edən müştərilər çempionatda qalib gələcəyini düşündüyü yığmanın adını bildirirək proqnozu doğru olduğu halda xərclədiyi məbləği 100%-dək geri ala bilərdi. Xüsusi olaraq qeyd edək ki, lotoreyada ən böyük məbləği qazanan 4 qalibdən hər biri zərif cinsin nümayəndəsidir (hər biri 400 AZN). 

Yeni "8-ci km" filialında gözəl bir təqdimat mərasimi keçirildi. Bu tədbirdə hədiyyələrin qaliblərə təqdim olunmasından əlavə, (foto və videohesabat aşağıdadır) futbol tarixindən və Kontakt Home şirkətini əhatə edən suallardan ibarət əyləncəli viktorina təşkil olunmuşdu. Qeyd edək ki, "8-ci km" filialında 12 avqustadək davam edən kampaniyada nağd alışda hər növ məhsula -50%-dək ENDİRİMLƏRDƏN və 18 ayadək FAİZSİZ, hissə-hissə ödəniş şərtlərindən yararlanmaq mümkündür. 

Məlumat üçün bildirək ki, hazırda Kontakt Home-un Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərində yerləşən ümumi 20 mağazası fəaliyyət göstərir. 

Kontakt Home müştərilərinə nağd və ya güzəştli hissə-hissə ödəniş şərtlərilə telefonlar, televizorlar, müxtəlif böyük və kiçik məişət texnikası, kompüter və printerlər, audio və video avadanlıqlar, həmçinin, mebellər təklif edir. İndi mebelləri Kontakt Home-dan İLKİN ÖDƏNİŞSİZ, 24 AY FAİZSİZ şərtlərlə əldə edə bilərsiniz. 


Xəbərə aid fotolar