Salyanda 16 yaşlı gənc su kanalında boğuldu
Digərləri 09 Avq 2018 11:27:00 276 0
Salyan rayonunda 16 yaşlı gənc su kanalında boğulub.
Son.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2002-ci il təvəllüdlü İbrahim Eldar oğlu Qurbanov su kanalında çimərkən batıb. Onun meyiti ətrafdakılar tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az