ETSN: "Ətraf mühitə tullantıların atılmasına görə 22 min manata yaxın ödəmə tətbiq edilib"


Digərləri 09 Avq 2018 10:40:00 307 0

ETSN: "Ətraf mühitə tullantıların atılmasına görə 22 min manata yaxın ödəmə tətbiq edilib"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, iyulun 16-dan 31-dək aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 271 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 73 müddətli "məcburi göstəriş" verilib.