Gəncədə 43 yaşlı kişi özünü bıçaqladı


Digərləri 09 Avq 2018 10:22:00 205 0

Gəncədə 43 yaşlı kişi özünü bıçaqladı

Gəncə şəhərində 43 yaşlı kişi özünü bıçaqlayıb.

Son.az Report-a istinadən xəbər verir ki, hadisə "Xan bağı" bağında olub. 

Belə ki, 1975-ci il təvəllüdlü, Adil Sabir oğlu Məmmədov qarın nahiyəsindən aldığı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat edilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. 

A.Məmmədovun özü özünü bıçaqladığını deyib.