Bəşər Əsədin xanımında xərçəng tapıldı


Dünya 09 Avq 2018 10:10:00 287 0

Bəşər Əsədin xanımında xərçəng tapıldı

Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Fəvaz Əsəddə süd vəzisi xərçəngi aşkarlanıb.

Son.az Al Jazeera-ya istinadən bildirir ki, bu barədə Bəşər Əsədin dəftərxanasının Twitter-dəki mikrobloqunda rəsmi məlumat yayılıb.

52 yaşlı Bəşər Əsədin xanımında süd vəzisinin bədxasəlli şişi olduğu bəyan olunub. Xərçəng şişi ilkin mərhələdə aşkarlanıb.

Dəməşqdəki Onkoloji Klinikada Ə.Əsədin müalicəsinə başlanılıb.

Avqustun 11-də Əsma Əsədin 43 yaşı tamam olacaq. Qızlıq soyadı Əl Əhras olan Əsma Britaniyanın paytaxtı Londonda doğulub, orada London Universitetinin Kral Kollecini başa vurub. O, kompüter texnologiyaları və fransız ədəbiyyatı üzrə mütəxəssisdir.

"Deutsche Bank" və "JPMorgan Chase"də çalışandan sonra Suriyaya qayıdıb.


Xəbərə aid fotolar