Venesuelada iki deputat artıq toxunulmaz deyil


Dünya 09 Avq 2018 10:04:00 223 0

Venesuelada iki deputat artıq toxunulmaz deyil

Venesuelanın Milli Təsis Yığıncağı çərşənbə günü öz xüsusi iclasında parlamentin müxalifətdən olan deputatları Xulio Borxes və Xuan Rekesensi toxunulmazlıq hüququndan məhrum edib.

Son.az Report-a istinadən bildirir ki, müvafiq qərar prezident Nikolas Maduronun ötən gün onların hər ikisini dronlardan istifadə yolu ilə sui-qəsddə iştirakda günahlandırmasından sonra qəbul olunub.

Borxes bu ittihama cavabında baş verənləri məzhəkə adlandırıb. O həmçinin hakimiyyəti deputat Rekesensi parlament toxunulmazlığı olduğu halda oğurlamaqda ittiham edib.