Xurma bəhməzinin faydaları


Digərləri 09 Avq 2018 08:55:00 425 0

Xurma bəhməzinin faydaları

Təzə xurmanın faydaları kimi onun bəhməzi də müxtəlif xəstəliklərə qarşı fayda verir. Bir çox narahatlığa qarşı qorunma təmin edən xurma bəhməzinin faydaları bunlardır:

- Qanazlığa qarşı yaxşı təsir göstərir. Son.az deyerler.org-a istinadən bildirir ki, bədəndəki dəmir çatışmazlığını aradan qaldıraraq qanı arıtırır. Bu sayədə bədəndəki halsızlığı və yorğunluğu da aradan qaldırır.

- Həzm sistemini rahatlaşdırır. Bağırsaq hərəkətlərini nizamlayaraq qəbizliyə qarşı yaxşı təsiri də xurma bəhməzinin faydaları arasındadır. Beləcə kolon xərçəngi və babasilə qarşı qorunma təmin edir.

- A vitamini ilə zəngindir. Zəngin A vitamini sayəsində ağciyər xərçəngi və ağız boşluğu xərçəngi kimi xərçəng növlərinə qarşı qorunmanı təmin edir.

- Tərkibindəki B-karoten, lutanın, zeaksantin kimi antioksidant maddələr sayəsində hüceyrələri zərərli təsirlərdən qoruyur. Bunun nəticəsində də bir çox xərçəng növlərinə qarşı qorumanı təmin edir.