Bəşəriyyəti heç nə XİLAS EDƏ BİLMƏYƏCƏK: 2050ci ildə... Məhvedici prosesin DETALLARI


Digərləri 08 Avq 2018 22:31:00 306 0

Bəşəriyyəti heç nə XİLAS EDƏ BİLMƏYƏCƏK: 2050ci ildə...  Məhvedici prosesin DETALLARI

Stokholm Universitetinin (İsveç) alimləri aydınlaşdırıblar ki, İqlim üzrə Paris Razılaşması ilə nəzərdə tutulmuş ölçülər temperaturun 2050-ci ilə kimi 1,5-2 dərəcə çərçivəsində artmasını saxlamağa imkan verəcək. Bu müqaviləyə əsasən, inkişaf etmiş sənaye ölkələri öz iqtisadiyyatını "yaşıl texnologiyalar"a yenidən yönəldərək XXI əsrin ortalarına kimi parnik qazlarının havaya buraxılmasının azaldılması üzrə öhdəlik götürüblər.

Son.az xəbər verir ki, İsveç alimlərinin sözlərinə görə, razılaşma üzrə lazımı addımlar atılmasa, 2050-ci ilə qədər Yer kürəsində orta temperatur 4-5 dərəcəyə kimi yüksələcək.

Nəticədə planetimiz "böyük istixana"ya çevriləcəkvə bir çox regionlar yaşamaq üçün yararsız olacaq.

Bundan başqa, mütəxəssislər yazırlar ki, parnik qazlarının tullantıları qlobal iqlimə təsir edən tək amil deyil. Əks-təsir prinsipi üzrə baş verən başqa arzuolunmaz proseslər atmosferin sonrakı isitməsinə imkan yarada bilər. Bu, hətta parnik qazlarının tullantılarının kəskin ixtisarı halında da baş verə bilər. Alimlər qeyd edirlər ki, buzun daimi əriməsi, metanın okean dibindən qalxması, quru və okean tərəfindən udulan karbonun həcminin azalması, Amazon çay hövzəsində meşə massivlərinin azalması, bakterial tənəffüs intensivliyinin artması, həmçinin Arktika və Antarktikada buzlaq sahələrinin tədricən yoxa çıxması belə proseslərdir. Atmosferdə parnik qazlarının konsentrasiyasının artması sürətli zəncir reaksiya olacaq və bəşəriyyət heç nə edə bilməyəcək.

Hesablamalara görə, 2100-ci ilə qədər istiləşməyə doğru tendensiya qalacağı təqdirdə sahilyanı meqapolisləri su basacaq, eləcə də bəzi adalar, o cümlədən Maldiv adaları su altında qalacaq.

Mütəxəssislər əmindirlər ki, yalnız "yaşıl iqtisadiyyat"a sürətli keçid Yer kürəsini qlobal istiləşmədən xilas edə bilər. Tədqiqatçıların fikrincə, tempuraturun artımını 1,5-2 dərəcə daxilində saxlamaq və dönməz ekoloji proseslərin qarşısını almaq üçün sənaye cəhətdən inkişaf etmiş dövlətlər öz iqtisadiyyatlarını mümkün qədər tez "yaşıl iqtisadiyyat"a yönləndirməlidir.


Xəbərə aid fotolar