Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhəri


Digərləri 08 Avq 2018 21:35:00 281 0

Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhəri

Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhərinin reytinq siyahısı tərtib olunub. Siyahıya sakinlərinin orta hesabla ildə cəmi 22 saatını tıxacda keçirən, evdən işə və geriyə ayda cəmi 40 dəqiqə sərf edən, əməkhaqlarının cəmi 1,25 faiz hissəsini nəqliyyata xərcləyən Fransanın Nitsa şəhəri başçılıq edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Euromag" jurnalının tərtib etdiyi siyahıya ümumilikdə 74 şəhər daxil edilib. Reytinqdə ikinci yeri Ekvadorun Kuenka şəhəri tutub. İlk üçlüyü İspaniyanın Bilbao şəhəri qapayır. Siyahıda dördüncü və beşinci yerlərdə müvafiq olaraq Fransanın Tuluza və İtaliyanın Katanya şəhərləri qərarlaşıb.