Qubada dağlıq və meşəlik ərazilərdə yanğın olub


Digərləri 08 Avq 2018 18:56:00 297 0

Qubada dağlıq və meşəlik ərazilərdə yanğın olub

Quba rayonu Alpan, Qıpçal və Qələdüz kəndləri ərazisində biçilmiş əkin sahələri, dağlıq və meşəlik ərazilərdə yanğın baş verib.

Bakı. Quba rayonu Alpan, Qıpçal və Qələdüz kəndləri ərazisində biçilmiş əkin sahələri, dağlıq və meşəlik ərazilərdə yanğın baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerində Quba Rayon Polis Şöbəsinin, FHN-nin əməkdaşları və yerli sakinlər olublar. Baş verən yanğınlarda Quba Rayon Polis şöbəsinin əməkdaşları yanğının qarşısının alınmasında iştirak ediblər.