Əfqanıstanda 10 nəfər Taliban yaraqlılarının əsirliyindən xilas edilib


Dünya 08 Avq 2018 15:45:49 195 0

Əfqanıstanda 10 nəfər Taliban yaraqlılarının əsirliyindən xilas edilib

Azad edilənlərdən dördü polis məmuru, qalanları isə mülki şəxslərdir

Əfqanıstandaordunun xüsusi təyinatlı dəstəsi tərəfindən radikal Taliban hərəkatının yaraqlılarının girovluğunda olan 10 nəfər azad edilib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.

Əməliyyat ölkəninHilmənd vilayətinin Musa Qala mahalında keçirilib.Girovluqdan azad edilənlərin dördü polis məmuru, qalanları isə mülki şəxslərdir.

Azad edilənlər milli ordunun yaxınlıqdakı bölməsinə çatdırılıb, onlara bütün lazımi tibbi yardım göstərilib.