Gürcüstanda iranlı 17 il azadlıqdan məhrum edildi


Dünya 08 Avq 2018 14:20:00 240 0

Gürcüstanda iranlı 17 il azadlıqdan məhrum edildi

Gürcüstanın Rustavi şəhər məhkəməsi İran vətəndaşını 17 il azadlıqdan məhrum edib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun saytı məlumat yayıb.

Xəbərdə bildirilib ki, həmin şəxs cari ilin fevral ayında Gürcüstana səfər edib. Polis onu Tbilisinin beynəlxalq hava limanında saxlayıb. Onun üzərində 168 qram heroin aşkarlanıb. Hüquq mühafizə orqanları İran vətəndaşının narkotik maddəni ölkəsindən Gürcüstana gətirdiyini müəyyənləşdirib.