"Vur onu, parçala o it qızını!"


Digərləri 08 Avq 2018 14:07:00 300 0

"Vur onu, parçala o it qızını!"

"Vur onu, parçala o it qızını! Təpiklə, vur!"

McDonalds restoranlar şəbəkəsinin ABŞ-ın İllinoys ştatında, De-Kalb şəhərində fəaliyyət göstrən fast-fud restoranında biabırçılıq yaşanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, restoranın əməkdaşı olan qadınla müştəri xanımla mübahisə ediblər, sonra saçyolduya çıxaraq dalaşıblar.

Səbəb 23 yaşlı qaradərili müştərinin restoranın 31 yaşlı işçisinin üstünə qışqırması və söyməsi olub.

Müştəri qadın "Murdar it qızı!" deyərək restoranın işçisi olan qadına hücum çəkib, onu saçlarından tutub yerə yıxıb, yumruq və təpiklə vurmağa başlayıb.


Xəbərə aid fotolar