"Şanşan"a görə Yaponiyada aeroport və dəmir yolları dayandı


Dünya 08 Avq 2018 13:17:00 279 0

"Şanşan"a görə Yaponiyada aeroport və dəmir yolları dayandı

"Şanşan" qasırğasının Yaponiyaya yaxınlaşması səbəbindən 133 reys təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, proqnozlaşdırılan təbii fəlakət səbəbindən dəmir yollarında da bəzi ekspress qatarların hərəkət cədvəlində dəyişiklik edilib, bəzi reyslər təxirə salınıb.

Proqnoza görə, qasırğa artıq axşam saatlarında paytaxta çatacaq.