Abşeronda avtomobillər toqquşdu - Ölən var


Digərləri 08 Avq 2018 12:21:00 204 0

Abşeronda avtomobillər toqquşdu - Ölən var

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 7-də saat 14 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakinləri Beydulla Yunusovun idarə etdiyi “VAZ-21150” və Emin Həsənovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə B.Yunusov və sərnişini Ceyranbatan qəsəbə sakini Zərifə Məhərrəmova xəstəxanaya yerləşdiriliblər, Z.Məhərrəmova orada ölüb.