6 bağlanmış bankın əmlakı satışa çıxarılır


Digərləri 08 Avq 2018 10:11:00 208 0

6 bağlanmış bankın əmlakı satışa çıxarılır

20 lot üzrə əmlak birinci dəfə, 9 lot üzrə dördüncü dəfə hərraca çıxarılır

Bakı. Trend Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Atrabank” ASC, “Kredobank” ASC, “Bank of Azərbaycan” ASC, “Royalbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarır. Fonddan Trend-ə verilən məlumata görə, 20 lot üzrə əmlak birinci dəfə, 9 lot üzrə dördüncü dəfə hərraca çıxarılır. 03 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkasator maşını, Bakıda 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə komptyter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd posterminal satışa çıxarılır.