Ürəyi xəstəliklərdən necə qoruyaq?


Digərləri 07 Avq 2018 23:05:00 407 0

Ürəyi xəstəliklərdən necə qoruyaq?

Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yer tutur.

Bu xəstəlik dünyada çox yayılsa da, müəyyən sadə qaydalara əməl edən xəstə özünü onun ağır fəsadlarından qoruya bilər. Yağlı, duzlu, qızardılmış qidalardan imtina etmək, daha çox balıq yemək mütəxəssislərin tövsiyə etdiyi qaydalar arasındadır. Balıq ürəyin sağlamlığına çox müsbət təsir edir, fəaliyyətini yaxşılaşdırır. Məhz bu səbəbdən mətbəxi dəniz məhsulları ilə zəngin olan ölkələrdə ürək-damar sistemi xəstəlikləri daha az yayılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin invaziv uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov məlumat verib.