Elektriklə işləyən çamadan


Digərləri 07 Avq 2018 22:15:00 264 0

Elektriklə işləyən çamadan

Çinli ixtiraçı He Lianqçai, saatda 20 kilometr sürət yığa bilən və elektriklə işləyən çamadan-motosiklet icad etdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Çində 10 illik bir əməyin nəticəsində yaratdığı elektriklə işləyən çamadanını mətbuat mənsublarına tanıdan He Lianqçai, icad etdiyi 6 kiloluq əşya daşıya bilən çamadan-motosikletlə 59 kilometr yol gedilə biləcəyini ifadə etdi. Xüsusi təhsil almayan He Lianqçainin yaratdığı çamadan-motosiklet enerji ilə təmin edilə bilən kiçik bir batareya ilə işləyir.

Çamadanda sərnişinə kömək etməsi üçün naviqasiya və oğurluğa qarşı həyəcan siqnalı funksiyası da var.