Nabranda ağır yol qəzası: 5 nəfər xəsarət alıb


Digərləri 07 Avq 2018 21:12:00 279 0

Nabranda ağır yol qəzası: 5 nəfər xəsarət alıb

Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb.

Son.az "Report"a istinadən bildirir ki,  iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.