Peruda kütləvi zəhərlənmə: 9 nəfər ölüb, 50 nəfərin vəziyyəti ağırdır


Dünya 07 Avq 2018 21:13:00 339 0

Peruda kütləvi zəhərlənmə: 9 nəfər ölüb, 50 nəfərin vəziyyəti ağırdır

Perunun Ayakuço regionunun San-Xose-de-Uşua dairəsində keçirilən yas mərasimi zamanı kütləvi zəhərlənmə olub.

Son.az "Report"a istinadən bildirir ki, zəhərlənmə nəticəsində 9 nəfər ölüb, 50 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Zəhərlənməyə həşəratların öldürülməsi üçün nəzərdə tutulan dərmanın qidaya düşməsinin səbəb olduğu  ehtimal edilir.