Azərbaycanda gizlənən qatildən qisas


Dünya 07 Avq 2018 20:22:00 343 0

Azərbaycanda gizlənən qatildən qisas

Qətldə ittiham olunaraq uzun illər Azərbaycan və Fransada gizlənən dağıstanlı kriminal "avtoritet"in oğlu vətənə dönən kimi qisas üçün hədəfə alınıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hər şey 2005-ci ildə dava zamanı Yarmet Yarəliyevin öldürülməsindən başlayıb. Qətli törətməkdə isə yerli "avtoritet"in oğlu - Şamil Feyzullayev ittiham edilib.

Hadisədən sonra gənc dərhal ölkəni tərk edib. Əvvəlcə Azərbaycanda, sonra isə Fransada yaşayıb. Hüquq mühafizə orqanları onun axtarışına 5 il sərf ediblər.

Feyzullayev həbs edilib və Dağıstana ekstradisiya olunub. Məhkəmə əvvəlcə onu zaminə buraxıb, 5 ay sonra isə ümumiyyətlə bəraət verib.

Bu il avqustun 4-də Şamil öz avtomobili ilə şəhərdə hərəkətdə olarkən bir neçə nəfərin hücumuna məruz qalıb. Feyzullayevə travmatik tapançadan bir neçə dəfə atəş açılsa da, ona ciddi xəsarət yetirilməyib.

Müstəntiqlərin hücumun mümkün motivlərinə dair suallarına Şamil sükut etməklə cavab verib.

Lakin yerli sakinlər əmindirlər: bu, 9 il əvvəl baş verən qətlin əks-sədasıdır.