Bakıda istiyə dözə bilməyən qız intihara əl atıb


Digərləri 07 Avq 2018 20:29:00 269 0

Bakıda istiyə dözə bilməyən qız intihara əl atıb

Xilasedicilər xilas etdikləri şəxsdən intiharın səbəbini soruşanda, eşitdikləri cavabdan şoka düşüblər

İsti Bakıda gənc qızı intihara sürükləyib. İntihar cəhdi avqustun 6-da Dənizkənarı Milli Parkda baş verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Bakı sakini, 2000-ci il təvəllüdlü Mövlanova Fatma Qaçay qızı səhər saat 5-də özünü dənizə atıb. Xoşbəxtlikdən həmin vaxt yaxınlıqda adamlar olub. Xilasedicilər Mövlanovanı dənizdən sağ-salamat çıxarıblar. Xilasedicilərin "Niyə özünüzə qəsd etmək qərarına gəlmisiz?" sualına cavabında Mövlanova deyib ki, onun psixoloji problemləri var və üstəlik, istiyə də dözə bilmir. Gənc qızın intihar cəhdinə verdiyi izahat xilasediciləri belə şoka salıb.

Qeyd edək ki, Bakının Dənizkənarı Milli Parkında müntəzəm olaraq intiharlar və intihara cəhdlər baş verir. Ona görə də, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin əraziyə xüsusi nəzarətin olduğunu bildirirlər.