Azərbaycan vasitəsilə 6 ayda 25 milyon tondan artıq yük daşınıb


Digərləri 07 Avq 2018 19:59:00 273 0

Azərbaycan vasitəsilə 6 ayda 25 milyon tondan artıq yük daşınıb

2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25 milyon 675,5 min ton olub.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25 milyon 675,5 min ton olub. Trend-in məlumatına görə, yük dövriyyəsi isə 5 milyard 525,7 milyon ton-km olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz və 2,6 faiz artım müşahidə olunub.