Üzüm bu xəstəlikləri müalicə edir.


Digərləri 07 Avq 2018 19:05:00 282 0

Üzüm bu xəstəlikləri müalicə edir.

Üzüm ən fayadalı giləmeyvədir desək yanılmarıq. Bunun səbəbi üzümün olduqca zəngin kimyəvi tərkibidir.

Üzümün tərkibində elə maddələr var ki, onlara çox az məhsullarda rast gəlinir. Hələ dahi Hippokrat deyirdi ki, üzüm insan sağlamlığına ana südü qədər faydalıdır.

Son.az saglamolun.az-a istinadən sizi üzümün faydaları ilə tanış edir.

1. Tərkibində orqanik turşuları olan üzüm tənəffüs yollarını təmizləyir, bəlğəmgətirici kimi təsi edir, öskürəyi yumşaldır.

2. Üzüm damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir. Bunun səbəblərinindən biri üzümdə olan "rutin" adlı maddədir.

3. Kaliumla zəngin olduğundan üzüm ürəyə düşən gərginliyi azaldır, ürək əzələsini möhkəmləndirir, ürəklə bağlı ödemləri azaldır.

4. Qanazlığından əziyyət çəkənlər də üzüm yeməlidir. Onun tərkibində olan fol turşusu (B9 vitamini) qanyaratma sisteminin normal fəaliyyəti üçün ən vacib olan vitamindir.