ETSN: Qanunsuz ov hallarının qarşısı alınır


Digərləri 07 Avq 2018 18:47:00 403 0

ETSN: Qanunsuz ov hallarının qarşısı alınır

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən 2018-ci ilin iyul ayı ərzində xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı Şahdağ Milli Parkının, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazilərində brakonyerliklə məşğul olan 5 nəfər saxlanılıb.