Binəqədidə piyadanın ölümündə təqsirləndirilən sürücü bəraət aldı


Digərləri 07 Avq 2018 16:43:03 253 0

Binəqədidə piyadanın ölümündə təqsirləndirilən sürücü bəraət aldı

Bakı şəhər sakini Ramiz Mirzaliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı. Samir Əli - Binəqədi rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə piyadanın ölümündə təqsirləndirilən Bakı şəhər sakini Ramiz Mirzaliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Vəkil Əli Hüseynovun Trend-ə verdiyi məlumata görə, prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə piyadanın ölümündə sürücünün günahı təsdiqlənməyib və ona bəraət verilib. Ə.Hüseynovun sözlərinə görə, məhkəmə istintaqı zamanı məlum olub ki, R.Mirzaliyevin vurduğu piyada xəsarətdən ölməyib.