Paytaxtın bu yolunda svetoforların vaxt planlarında dəyişiklik edilib (FOTO)


Digərləri 07 Avq 2018 14:30:00 282 0

Paytaxtın bu yolunda svetoforların vaxt planlarında dəyişiklik edilib (FOTO)

Sabunçu-Zabrat yolunda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. Bu işlər çərçivəsində vətəndaş müraciətləri nəzərə alınaraq yol boyu svetoforların vaxt planlarında dəyişiklik edilib.

Bakı. Samir Əli - Sabunçu-Zabrat yolunda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. Bu işlər çərçivəsində vətəndaş müraciətləri nəzərə alınaraq yol boyu svetoforların vaxt planlarında dəyişiklik edilib. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Dəyişiklik edilən zaman yolda nəqliyyat axını təhlil edilib və əldə edilən nəticələrə əsasən Sabunçu-Zabrat yolundakı svetoforların yaşıl fazasının vaxtı artırılıb. Məqsəd günün pik saatlarında yolda müşahidə edilən sıxlığın aradan qaldırılması, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etməkdir.