Netanyahu Avropanı İrana sanksiyalar tətbiq etməyə çağırdı:


Dünya 07 Avq 2018 14:26:00 219 0

Netanyahu Avropanı İrana sanksiyalar tətbiq etməyə çağırdı:

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsini dəstəkləyib və Avropa ölkələrini də ABŞ kimi davranmağa çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, o, deyib: "Mən ABŞ Prezidenti Donald Tramp və ABŞ administrasiyasının İrana qarşı sanksiyalarla bağlı mühüm qərarını dəstəkləyirəm. Bu, İsrail, ABŞ, region və bütün dünya üçün mühüm addımdır".