Norm Sement zavodunun Baş direktoru Henning Sasse –


Digərləri 07 Avq 2018 10:30:00 367 0

Norm Sement zavodunun Baş direktoru Henning Sasse –

Hazırda tikinti materialları dükanlarını Norm məhsulları olmadan təsəvvür etmək çətindir. Buna səbəb odur ki, yüksək keyfiyyəti ilə seçilən Norm məhsullarına bazarda böyük tələbat var.

Son.az bildirir ki, bu məsələləri nəzərə alaraq, Fins.az-ın müsahibi Norm şirkətinin Baş direktoru Henninq Sasse oldu.

Cənab Henninq, sizin şirkətin məhsulları tikinti sahəsində hamıya yaxşı tanışdır. Istərdik ki, oxucular Norm şirkətinin rəhbərliyi, xüsusən də Sizin haqqınızda daha çox məlumata sahib olsunlar.

Artıq 20 ildir sement sənayesində  fəaliyyət göstərirəm. İlk dəfə bu  bu işə Almaniyada başlamışam. Daha sonra 2004-ci ildə Bakıda işə başlamışam. 5 ildən artıq Qaradağ sement zavodunda Texniki direktor vəzifəsində çalışdım. Bu sahədə bir neçə ölkədə təcrübəm var. Belə ki, 4 il Rusiyada, 4 ildə Hindistanda işləmişəm. 2017-ci ildən  isə  yenidən Azərbaycanda, Norm Sement zavodunda şirkətin Baş direktoru vəzifəsində fəaliyyət göstərirəm.

Belə böyük zavodun böyük də uğurları olmalıdır.  Odur ki, zavodun keçdiyi yola nəzər salmaq və əldə etdiyiniz uğurlar haqqında bilmək istərdik.

İlk sement istehsalından bu günə kimi müəyyən uğurlar əldə etmişik. Norm Sement zavodunun layihə kimi əsası 2011-ci ildə qoyulub.  Zavod tez bir zamanda inşa edilib. İlk sementimizi 2013-ci ildə istehsal etmişik. İlk klinker isə 2014-ci ildə istehsal olunub. Bu illər ərzində Norm Sement zavodu öz istehsal və satış imkanlarını daha da artırıb. Bu gün Norm Sement zavodu  sement bazarında aparıcı fiqurlardan birinə çevrilib. Zavodumuz Cənubi Qafqaz regionunun ən böyük zavodu olmaqla illik 2 milyon ton sement istehsalı gücünə malikdir və ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur.

Keyfiyyətdən söz düşmüşkən, hansı nüfuzlu şirkətlərin avadanlıqlarından və məhsullarından istifadə edirsiz?

Zavod müasir və yüksək keyfiyyətli avadanlıqlarla təchiz edilib.  Zavodda mühərriklərimiz və bir çox digər qurğularımız dünyanın ən nüfuzlu şirkətlərindən olan Siemens şirkəti tərəfindən təchiz olunmuşdur. Həmçinin bizim sənayedə nüfuzlu avadanlıq stehsalçılarından biri də qırıcılar üzrə ixtisaslaşmış Almaniyanın Hazemag şirkətidir. Zavodumuzun qırıcıları bu şirkətə məxsusdur.

Zavodda quraşdırılan əsas avadanlıqlardan biri də Avropanın nüfuzlu Gerb.Pfeiffer şirkətindən aldığımız 4500 kVt gücündə xammal və qatqıların üyüdüldüyü şaquli xammal dəyirmanıdır. Klinker soyuducusu isə Almaniyanın məşhur Cladius Peters şirkəti tərəfindən təchiz olunmuşdur.

Necə fikirləşirsiz,  "keyfiyyətli avadanlıq həm də keyfiyyətli və əla məhsulun təminatıdır" demək olar?

Təminatıdır deməzdim, amma əsas şərtlərdəndir.  Bizim bu avadanlıqları istifadə və idarə etməyimizdən çox şey asılıdır. Sizi əmin edə bilərəm ki, biz yüksək keyfiyyətli istehsala keyfiyyətli avadanlıqlarla yanaşı düzgün iş proseduru və peşəkar mütəxəssislərin sayəsində nail oluruq.  Lakin məhsulun istifadəsindən də çox şey asılıdır. Qeyd etdiyim kimi təcrübəli mütəxəssislər və etibarlı texnologiyanın köməkliyi ilə yüksək keyfiyyətə nail olmaq olar.

İşçilərinizin təhlükəsizliyi üçün hansı tədbirlər görülür?

Yarana biləcək  hər hansı fövqəladə hadisəyə hazır olmaqdan ötrü lazımi təlimlər təşkil edilir.  Bütün işçilərimiz təhlükəsiz qaydada zavodda fəaliyyət göstərə bilmələri üçün  qabaqcadan təlimatlandırılırlar. Sadəcə bizim işçilər deyil, həmçinin zavod ərazisində çalışan üçüncü tərəf şirkət nümayəndələri də təhlükəsizlik qaydaları barədə məlumatlandırılırlar. SƏTƏM şöbəmizdə 4 əməkdaş var. Bundan əlavə, NORM-un hər bir əməkdaşı zavod ərazisində təhlükəli hallarla rastlaşarsa, bu barədə məlumat verməli və işi dərhal dayandırmalıdır. Bu  zaman yaranan təhlükə aradan qaldırılmalı və iş prosesi bərpa edilməlidir. Çünki təhlükəsizlik bizim əsas prioritetlərimizdən hesab edilir.  Belə ki, zavod hər nə qədər  yaxşı işləsə də  əgər  işçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görülmürsə, bu bizim üçün qəbul edilməzdir. Müəssisə əməkdaşlarının həyatı və sağlamlığı bizim üçün başlıca prioritetdir.

Norm Sement zavodunda çalışan işçilərin peşəkarlıq səviyyəsindən razısızmı?

Hazırda Norm-da yalnız mən və digər həmkarım xaricdən gələn mütəxəssis kimi fəaliyyət göstəririk. Digərləri isə yerli işçilərdir.  Əslində bizim hədflərimizdən biri  yerli insanları işlə təmin etməkdir. Zavod yeni faəliyyətə başladığı zaman burada çoxlu sayda əcnəbi ekspertlər fəaliyyət göstərirdi. Xoşagələn haldır ki, hazırda zavod demək olar ki, 100% yerli işçilərin hesabına çalışır. Mən işçilərimizin peşəkarlıq səviyyəsindən olduqca  razıyam. Lakin məqsədimiz onların peşəkarlıq səviyyəsini daha da artırmaqdır və bunun üçün ardıcıl şəkildə təlimlər və xarici həmkarlarla təcrübə mübadiləsi üçün görüşlər təşkil edirik.

Necə fikirləşirsiz tikinti sektorunda hansı sahədə yüksək ixtisaslı kadrlara ehtiyac var?

Əslində biz tikinti materialı istehsalçısıyıq. Digər sahələrdə olduğu kimi bizim də hər zaman istehsal, elektrik və mexaniki baxım sahəsində yüksək ixtisaslı kadrlara ehtiyacımız var.  Biz hazırda zavoddakı mütəxəssislərimizdən məmnunuq. Lakin vaxtaşırı bazardakı digər rəqib şirkətlərdən aldığımız məlumatlara görə, bəzi sahələrdə hələ də güclü mütəxəssislərə ehtiyac var. Xüsusilə, elektrik mühəndisliyi və avtomatlaşdırma sahəsində  yaxşı mütəxəssislərin tapılması elə də asan olmur. Tikinti sahəsinə qaldıqda isə, biz yerli ustalarla ilə əməkdaşlıq edərək inşaat üzrə mütəxəssislərin yetişməsinə və ya daha da təkmilləşməsinə şərait yaradırıq. Buna Norm Ustalar Klubunu misal gətirmək olar.  Beləliklə, biz yalnız öz zavodumuzun işçi heyətinin deyil, həmçinin  müştərilərimizin də peşəkarlaşmasında maraqlıyıq.

Norm sement zavodunda hazırda nə qədər işci çalışır?

Hazırda Normda zavod heyəti və şəhər ofisində çalışan işçilər daxil olmaqla ümumilikdə 300 nəfərə yaxın işçi çalışır.

Şirkətiniz hansı xarici qurumlarla əməkdaşlıq edir? Bu əməkdaşlığın məqsədi nələrdir?

Bildiyiniz kimi, əməkdaşlığın müxtəlif  formaları var. Biz də iki aspektdə əməkdaşlıq edirik. Birincisi, keyfiyyətli məhsul istiqamətində olan əməkdaşlıqdır. Belə ki, istehsal olunan məhsullarımız daim Almaniyanın nüfuzlu VDZ Elmi-tədqiqat institutu tərəfindən yoxlanılır  və sertifikatlaşdırılır. Bundan əlavə, məhsul keyfiyyətini daha artırmaq istiqamətində Türkiyə Sement İstehsalçıları Birliyi ilə də əməkdaşlığımız davam edir.


Xəbərə aid fotolar