Narkotik bitki yetişdirirdi


Digərləri 07 Avq 2018 10:16:00 209 0

Narkotik bitki yetişdirirdi

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Balakən RPŞ əməkdaşlarının avqustun 6-da keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Tülü kənd sakini İsmayıl Murtuzəliyev saxlanılıb.

Onun yaşadığı kəndin "Qıraq oba" adlanan sahibsiz yerində əkib-becərdiyi ümumi çəkisi 99 kiloqrama yaxın 60 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.