Facebook Dating sınanır


Digərləri 07 Avq 2018 08:25:00 238 0

Facebook Dating sınanır

Amerikalı tərtibatçı Jane Wong öz Twitter hesabında Facebook Dating adlı tanışlıq tətbiqinin yeni fotolarını paylaşıb. Wong sözügedən tətbiqdə yalnız qeydiyyatdan keçməyi və təqdim olunmuş anketi doldurmağı bacarıb.

Son.az technote.az-a istinadən bildirir ki, tətbiqin funksiyalarından istifadə etmək isə mümkün olmayıb. Onun sözlərinə əsasən yeni tətbiqdəki istifadəçi hesablarını hələki Facebook əməkdaşları aktivləşdirə bilərlər. Bunu həmçinin tətbiqdə ortaya çıxan ilk səhifədəki məlumat da təsdiqləyir:

"Tətbiq yalnız ABŞ-dan olan Facebook əməkdaşları üçün aktivdir. Onlar servisin testində, bug-ların və interfeysdəki narahat özəlliklərin tapılıb aradan qaldırılmasında iştirak edirlər". Elanda həmçinin qeyd olunub ki, sözügedən tətbiq iş yoldaşları ilə görüşlər üçün nəzərdə tutulmayıb və şirkət davranış normalarını pozmuş əməkdaşları cəzalandıracaq. Test iştirakçılarından isə tətbiqdə özləri barədə düzgün olmayan məlumatların qeyd olunması tələb olunur. Şirkət həmçinin söz verir ki, həmin məlumatlar servisin işə salınması vaxtı silinəcək.