Venesuela hərbçiləri minaya düşüblər, bir nəfər ölüb, ikisi yaralanıb


Dünya 07 Avq 2018 05:57:51 301 0

Venesuela hərbçiləri minaya düşüblər, bir nəfər ölüb, ikisi yaralanıb

Hadisə Kolumbiya ilə sərhəddə baş verib

Kolumbiya ilə sərhəddə piyada əleyhinə minanın partlaması nəticəsində bir Venesuela hərbçisi ölüb, daha ikisi yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Venesuelanın Müdafiə Nazirliyinin bəyanatına istinadən AFP məlumat yayıb.

Bildirilir ki, hadisə bazar günü axşam ölkənin şimal-qərbində yerləşən Suliya ştatında baş verib. Hərbçilərin oduğu maşın minaya düşərək partlayıb.