Venesuelada inflyasiya ilin əvvəlindən 10664 faiz təşkil edib


Dünya 06 Avq 2018 23:55:00 288 0

Venesuelada inflyasiya ilin əvvəlindən 10664 faiz təşkil edib

Venesuelada ilin əvvəlindən qiymət artımı 10664 faiz təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Milli Assambleyasının maliyyə üzrə komitə sədri Rafael Qusman öz Twitter səhifəsində yazıb.

O, bildirib: "İyul ayında inflyasiya 125 faiz təşkil edib, günlük - 2,7 faiz, ilin əvvəlindən 10664 faiz, illik hesablamada isə 82766 faiz təşkil edir. Venesuelalıların küçələrdə etirazlar etməsinin səbəbi budurş Heç bir maaşlarla və onların qaldırılması ilə hiperinflyasiyanın qarşısını almaq mümkün deyil".