Zəncirvari qəza olub, xəsarət alan var


Digərləri 06 Avq 2018 20:42:00 225 0

Zəncirvari qəza olub, xəsarət alan var

Bakı-Qazax avtomobil yolunda zəncirvari yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Gürcüstan dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq "VAZ" markalı avtomobillərlə toqquşub. Nəticədə Gürcüstan vətəndaşı olan sərnişinlərdən biri xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.