Dmitri Yablonski: "Mehriban Əliyevaya Qəbələ Beynəlxalq Musiqi Festivalına hədsiz dəstəyinə görə minnətdaram"


Digərləri 06 Avq 2018 19:10:00 325 0

Dmitri Yablonski: "Mehriban Əliyevaya Qəbələ Beynəlxalq Musiqi Festivalına hədsiz dəstəyinə görə minnətdaram"

Bu il Qəbələ Beynəlxalq Musiqi Festivalı 10 illik yubileyini qeyd edir, bu müddət ərzində hədsiz sayda layihələr və konsertlər keçirilib.

Son.az bildirir ki, bunu Trend-ə festivalın bədii rəhbərlərindən biri, dünyaca məşhur dirijor və violonçel ifaçısı Dmitri Yablonski deyib.

D.Yablonski deyib: "İlk festivalı dünənki kimi xatırlayıram. Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya festivala hədsiz dəstəyinə görə minnətdarlığımı bildirirəm. Bu, çox qiymətlidir".