TANAP layihəsinin ikinci fazasının tikintisinin yekunlaşacağı tarix açıqlandı


Digərləri 06 Avq 2018 18:46:39 266 0

TANAP layihəsinin ikinci fazasının tikintisinin yekunlaşacağı tarix açıqlandı

Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri layihəsinin ikinci fazası üzrə işləri 2019-cu ilin iyununda bitirmək planlaşdırılır.

Bakı. İlkin Şəfiyev - Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri layihəsinin ikinci fazası üzrə işləri 2019-cu ilin iyununda bitirmək planlaşdırılır. Bu barədə Trend-ə "SOCAR Turkey Enerji" şirkətindən bildiriblər. Şirkətdən bidirilib ki, TANAP-ın ikinci fazası üzrə işlərin 85 faizi başa çatıb. Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra gələn ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.