Məhsul yığımından sonra tarlaların yandırılmasının zərərləri barədə ekspertin dedikləri


Digərləri 06 Avq 2018 18:38:00 269 0

Məhsul yığımından sonra tarlaların yandırılmasının zərərləri barədə ekspertin dedikləri

"Məhsul yığımından sonra fermerlər tərəfindən tarlalarda samanın yandırılması məhsuldarlığa mənfi təsir göstərir".

Son.az xəbər verir ki, bunu Trend-ə Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri Rəcəb Orucov deyib.

R.Orucovun sözlərinə görə, yandırmaq məhsuldarlığın artımına heç bir təsir göstərmir:

"Azərbaycanlı fermerlərin bu addımın xeyri barədə səhv fikri aqrar sektorumuzun başlıca problemlərindəndir. Azərbaycanda torpaqlar əsasən boz torpaqlardır. Bu torpaqlarda elementlər balansı nisbətən aşağıdır və mikrobioloji proseslər çox yavaş baş verir. Tarlalarda məhsul yığımından sonra qalıqların yandırılması isə torpaqda orqanik maddələrin parçalanmasında iştirak edən bütün faydalı mikrobların məhvinə səbəb olur. Bu isə öz növbəsində humusun formalaşmasını çətinləşdirir və məhsuldarlığa mənfi təsir göstərir".