Sabirabad sakinindən narkotik götürülüb (FOTO)


Digərləri 06 Avq 2018 18:32:00 266 0

Sabirabad sakinindən narkotik götürülüb (FOTO)

Daxili işlər orqanları tərəfindən narkotiklərə qarşı mübarizə davam etdirilir.

Bakı. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, bir neçə dəfə məhkum olunmuş Minbaşı kənd sakini, 53 yaşlı Əbilzadə Əliyev saxlanılıb.