İtaliyada partlayış olub, xəsarət alanlar var


Dünya 06 Avq 2018 17:37:31 239 0

İtaliyada partlayış olub, xəsarət alanlar var

Hadisə yerinə təcili yardım, yanğınsöndürən maşınlar və helikopterlər göndərilib

İtaliyanın Bolonya şəhərində hava limanı yaxınlığında güclü partlayış olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli KİV hadisəyə avtomobil daşıyan maşın və ya benzin maşınının iştirakı ilə baş verən yol qəzasının səbəb ola biləcəyini yazıb.

"Rainews24" telekanalının məlumatına görə, hadisə zamanı xəsarət alanlar olub, qəza yerinə təcili yardım, yanğınsöndürən maşınlar və helikopterlər göndərilib.

Şəhər aeroportunun "Twitter" səhifəsində hadisənin hava limanının işinə təsir göstərmədiyi, aeroportun qrafik üzrə işini davam etdirdiyi qeyd olunub.