Rusiya telekanalı Qəbələ beynəlxalq musiqi festivalından reportaj hazırlayıb (VİDEO)


Digərləri 06 Avq 2018 16:21:00 294 0

Rusiya telekanalı Qəbələ beynəlxalq musiqi festivalından reportaj hazırlayıb (VİDEO)

Rusiyanın “Rossiya-24” telekanalında Qəbələdə keçirilən 10-cu beynəlxalq musiqi festivalına həsr olunmuş reportaj təqdim olunub

Bakı. Rusiyanın “Rossiya-24” telekanalında Qəbələdə keçirilən 10-cu beynəlxalq musiqi festivalına həsr olunmuş reportaj təqdim olunub. Trend-in məlumatına görə, telekanalın saytında “Qəbələdə onuncu musiqi festivalı: musiqi sərhədləri və məsafələri silir” adlı reportaj yerləşdirilib. Reportajda qeyd olunur ki, Qəbələdə artıq bir neçə gündür ki, Kuba salsası, İspaniya flamenkosu, Gürcüstan cazı və klassik musiqi səslənir. Eyni səhnədə gənc qruplarla yanaşı adlı-sanlı musiqiçilər çıxış edir: "Artıq onuncu ildir ki, bütün dünyadan olan musiqiçilər, adlı-sanlı xadimlər və gənc kollektivlər, instrumentalçılar və vokalçılar, dirijorlar Azərbaycanın bu dağlıq kurortunu böyük bir konsert zalına çevirir".