Bakıda taksi sürücülərinə qarşı quldurluq edən şəxslərə


Digərləri 06 Avq 2018 14:46:00 226 0

Bakıda taksi sürücülərinə qarşı quldurluq edən şəxslərə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücülərinə qarşı quldurluq etməkdə təqsirləndirilən Asif Bayramlı və Telman Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxışında hər iki şəxsin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə A.Bayramlı və T.Qasımovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən il dekabrın 16-dan 17-nə keçən gecə paytaxtın Yasamal rayonu ərazisində taksi sürücüsünə basqını edilib.

Özəl daşıma xidməti ilə məşğul olan 1981-ci il təvəllüdlü Məmmədov Fərhad Gülbala oğlu Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edib.