Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 11,96 faiz artım qeydə alınıb


Digərləri 06 Avq 2018 12:03:00 319 0

Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 11,96 faiz artım qeydə alınıb

Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 11,96 faiz və ya 239,11 milyon manat çox olmaqla, 2237,61 milyon manat olub.

Bakı. Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 11,96 faiz və ya 239,11 milyon manat çox olmaqla, 2237,61 milyon manat olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, o cümlədən, Fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 2017-ci ilin müvafiq göstəricisinə nisbətən 11,14 faiz və ya 131,47 milyon manat artaraq 1312,11 milyon manat təşkil edib.