Nazirlik Bakıda ağacları yandıran şəxsin tapılması üçün polisə müraciət etdi


Digərləri 06 Avq 2018 11:25:00 265 0

Nazirlik Bakıda ağacları yandıran şəxsin tapılması üçün polisə müraciət etdi

Nəsimi rayonu, 20 yanvar küçəsində yaşıllıq ərazidə ağacların yandırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı 1.5 sot yaşıllıq ərazidə 4 şam ağacının yanaraq quruma təhlükəsi qarşısında qaldığı məlum olub. Faktla bağla akt tərtib edilib, qanun pozucusunun müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət edilib.