İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-3


Dünya 06 Avq 2018 10:36:00 313 0

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-3

Minlərlə insan təxliyyə edilib

İndoneziyanın şərqindəki Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfər çatıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 300-dən çox insan yaralanıb.

Qeyd edəki ki, avqustun 5-də İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə zəlzələ olub.

Yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.

*** 01:29

Bazar günü İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində ölən insanların sayı 82 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət nəticəsində minlərlə insan təxliyyə edilib.

***22:58

Bakı. 5 avqust.