Gəncədə avtomobil sərnişin mikroavtobusu ilə toqquşdu:


Digərləri 06 Avq 2018 10:23:00 225 0

Gəncədə avtomobil sərnişin mikroavtobusu ilə toqquşdu:

Gəncə şəhərində idarəetmədən çıxan avtomobil mikroavtobusa çırpılıb. 

Son.az report-a istinadən xəbər verir ki, sürücü Elcan Məmmədov idarə etdiyi "VAZ-21013" markalı avtomobillə şəhərin Təbriz küçəsində hərəkətda olan zaman 1965-ci il təvəllüdlü İlham Musayev onun yoluna çıxıb. Bu zaman piyadanı vurmamağa çalışan sürücü avtomobilini sağa çəkərək "İsuz-Bogdan" markalı şəhər daxili mikroavtobusa çırpılıb.

Nəticədə piyada müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.