Bakıda yüksək sürətlə hərəkətdə olan "Hyundai" qəza törədib, ağır xəsarət alanlar var


Digərləri 06 Avq 2018 08:12:00 290 0

Bakıda yüksək sürətlə hərəkətdə olan "Hyundai" qəza törədib, ağır xəsarət alanlar var

Hər iki yaralı açıq kəllə-beyin travması alıb

Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, "90-NU-205" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil Alı Mustafayev küçəsində yüksək sürətlə hərəkətdə olan zaman "01-BP-836" dövlət nişanlı "Mercedes" markalı maşına çırpılıb.

Zərbənin gücündən hər iki avtomobil beton arakəsməyə dəyib. Nəticədə "Hyundai"da olan iki nəfər ağır xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, hər iki yaralı açıq kəllə-beyin travması alıb. Hazırda onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Fakt araşdırılır.