Mənzildə qadının meyiti tapılıb


Digərləri 06 Avq 2018 07:55:00 221 0

Mənzildə qadının meyiti tapılıb

Sumqayıt şəhərində yerləşən mənzillərdən birində 88 yaşlı qadının meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Son.az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıtda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1930-cu il təvəllüdlü İbrahimova Şamama Mehdi qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.