BakıQazax yolunda traktor aşıb, sürücü ağır yaralanıb


Digərləri 06 Avq 2018 07:45:00 348 0

BakıQazax yolunda traktor aşıb, sürücü ağır yaralanıb

Ucar rayonunda traktorun aşması nəticəsində sürücü ağır xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə magistral yolun rayonun "Dördyol" adlanan hissəsində qeydə alınıb.

Rayonun 1968-ci il təvəllüdlü Qarabörk kənd sakini Məmmədov Rafi Əlisürət oğlu sükanı arxasında olduğu traktorun yedəyində su çəni apararkən idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarına aşırıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Yaralı dərhal Ucar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralı ağır kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.